Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd göstərən kvadrokopteri ələ keçirilib

Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd göstərən kvadrokopteri ələ keçirilib Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.
Hərbi
26 Noyabr , 2022 12:51
Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd göstərən kvadrokopteri ələ keçirilib

Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi