Rusiya sülhməramlılarının və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin komandanları Sarıbabada mina sahəsinə baxış keçiriblər

Rusiya sülhməramlılarının və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin komandanları Sarıbabada mina sahəsinə baxış keçiriblər Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.
Hərbi
335
23 Noyabr , 2022 17:06
Rusiya sülhməramlılarının və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin komandanları Sarıbabada mina sahəsinə baxış keçiriblər

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar.

Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi