Bu gün Qazax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması mərasimi keçirilib.
Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə
Daha sonra tədbir Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, mayor Mehman Rəhimov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, bu gün Prezident, Ali Baş Komandan
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çağırışçılara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. O, Azərbaycan əsgərinə işğal altındakı torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan yeddi kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.
Şəhid anası Tamella Süleymanova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, birinci qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik ediblər.
Valideynlər adından çıxış edən Füzuli Qasımov övladlarını hərbi xidmətə yola salmaları ilə fəxr etdiklərini deyib, Vətəni qorumağın müqəddəs vəzifə olduğunu bildirib.
Çağırışçı Natiq Novruzov tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətə yola düşən gənclər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.
Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.