Qarsdakı birgə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin yolasalma mərasimi keçirilib

Qarsdakı birgə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin yolasalma mərasimi keçirilib Türkiyə ordusunun zabitləri təlimlərdə iştirak edən azərbaycanlı hərbçilərə hədiyyələr təqdim ediblər
Hərbi
19 Fevral , 2021 13:02
Qarsdakı birgə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin yolasalma mərasimi keçirilib

Türkiyənin Qars şəhərindəki “Qış təlimi-2021”də iştirak edən Azərbaycan hərbçilərinin yolasalma mərasimi keçirilib.

“Report” xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə ordusunun zabitləri təlimlərdə iştirak edən azərbaycanlı hərbçilərə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, fevralın 1-dən 12-dək Qars şəhərində Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə “Qış təlimi-2021” təlimləri keçirilib.

Fevralın 11-də “Qış təlimi-2021”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” və döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər. ATAK hücum vertolyotları xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər. Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilib. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.

Son xəbərlər

Orphus sistemi