Qarsda hərbi təlimlərin yekununda Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar

Qarsda hərbi təlimlərin yekununda Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar.
Hərbi
2 Fevral , 2023 16:27
Qarsda hərbi təlimlərin yekununda Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar

Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlərdə, həmçinin koordinasiyalı fəaliyyətin təmin edilməsi, qoşunların kommunikasiya imkanlarının təkmilləşdirilməsi məsələləri diqqətdə olub.

Şərti hədəflərin vurulmasında, həmçinin PUA-lardan istifadə olunub.

Təlimlər bu tapşırıqların icrası ilə başa çatıb.

Təlimləri Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze birlikdə təlimləri izləyib.

Xatırladaq ki, hazırlıqlarda 17 fərqli ölkədən 2 113 nəfərlik şəxsi heyət iştirak edirdi.

Son xəbərlər

Orphus sistemi