“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb

“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb. Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin
Hərbi
12 İyun , 2024 12:52
“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

"Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi