Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB-2

Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB-2 Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Hərbi
21 Avqust , 2019 10:54
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB-2

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.


*** 10:45

Plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, vida mərasimi davam edir.


*** 09:30

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, hərbi pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçiriləcək.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi