Pakistanlı marşal Azərbaycanın hərbi məktəblərində olub

Pakistanlı marşal Azərbaycanın hərbi məktəblərində olub Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib
Hərbi
298
31 Mart , 2021 16:14
Pakistanlı marşal Azərbaycanın hərbi məktəblərində olub

Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.

Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi