Azərbaycan sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan şəxslərin sayı açıqlanıb

Azərbaycan sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan şəxslərin sayı açıqlanıb Yanvar ayı әrzindә qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb.
Hərbi
1 Fevral , 2022 16:42
Azərbaycan sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan şəxslərin sayı açıqlanıb

Yanvar ayı әrzindә qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Onların 25 nəfəri Azərbaycan vətəndaşı, 7 nəfəri Türkiyə vətəndaşları olub. Araşdırma zamanı saxta­laş­dırılmış sənədlərin əsasən Avropa İttifaqı üzv ölkələrinin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyən edilib.

Hesabat dövrü әrzindә hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurum­lara təhvil verilib.

Son xəbərlər

Orphus sistemi