Ötən ay Azərbaycanda aşkarlanan mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

Ötən ay Azərbaycanda aşkarlanan mina və partlamamış hərbi sursatların sayı açıqlanıb İyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb
Hərbi
6 İyul , 2017 12:58
Ötən ay Azərbaycanda aşkarlanan mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

Bakı. 6 iyul. REPORT.AZ/  Azərbaycanda 2017-ci ilin iyun ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının nəticələri açıqlanıb.

Bu barədə "Report"a Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2017-cı ilin iyun ayı ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 418 ədəd PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407 -dür.

İyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 3 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10 müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olub.

Ötən ay Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Minadan zərərçəkənlərə gəlincə, 2017-cı ilin iyun ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi