Ötən ay 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Ötən ay 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib Bir ay ərzində 7296 238 kvadratmetr ərazi yoxlanılıb
Hərbi
7 Sentyabr , 2016 12:06
Ötən ay 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən 7296 238 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu müddət ərzində 27 007 ədəd PHS və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 505 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

Qeyd edək ki, indiyədək cəmi 385 710 321 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 752 059-dur.

Avqust ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi