Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqam
Hərbi
21 May , 2022 19:20
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi