Ombudsman Aparatının nümayəndəsi cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub

Ombudsman Aparatının nümayəndəsi cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub Bakı. 10 sentyabr. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Hərbi
10 Sentyabr , 2018 19:58
Ombudsman Aparatının nümayəndəsi cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub
mod.gov.az

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ombudsman Aparatının nümayəndəsi hərbi qulluqçuların döyüş mövqelərindəki xidmət və məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar.

Aparatın əməkdaşı əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə hərbi vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi