Dövlət Xidməti: Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır

Dövlət Xidməti: Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır.
Hərbi
26 Sentyabr , 2019 10:52
Dövlət Xidməti: Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır

Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır. 

Bu barədə "Report"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. 

Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər.

Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib. Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Eyni zamanda vətəndaşların Xidmətin rəsmi saytının “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsindən xidmət edəcəkləri qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilmələri təmin edilib.

Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi