Niderlandın NOS agentliyi Qarabağda erməni tanklarını, maşınlarını məhv edən silahdan yazıb

Niderlandın NOS agentliyi Qarabağda erməni tanklarını, maşınlarını məhv edən silahdan yazıb Niderlandın xəbər agentliyi NOS Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (SİHA)nüfuzundan yazıb.
Hərbi
9 Oktyabr , 2021 08:21
Niderlandın NOS agentliyi Qarabağda erməni tanklarını, maşınlarını məhv edən silahdan yazıb

Niderlandın xəbər agentliyi NOS Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (SİHA) nüfuzundan yazıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, agentlik pilotsuz uçuş aparatlarının dünya bazarında getdikcə daha çox satılmasından bəhs edib.

Sentyabrda Türkiyədə, Atatürk Hava Limanında keçirilən İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalı -TEKNOFEST-ə qatılan NOS-un müxbiri təəssüratlarını niderlandlılarla bölüşüb.

Agentlik Türkiyənin son illər hərbi sənayesini pilotsuz uçuş aparatlarının istehsalına yönəltdiyini və ixracatını gündən-günə artırdığını bildirib.

Mətbu orqan qeyd edib ki, SİHA-lar Qarabağ münaqişəsində də istifadə edilib. Bildirilir ki, “Baykar” şirkətinin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatları Qarabağ müharibəsində tanklara, zirehli maşınlara, döyüş sursat anbarlarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirərək münaqişənin gedişatına təsir göstərib.

Türkiyənin pilotsuz uçuş aparatların Suriya, Liviya və Qarabağda uğurla istifadə edilməsinin vurğulandığı yazıda SİHA-ların getdikcə daha çox ölkədən tələb olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi