Nəcməddin Sadıkov: "Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir"

Nəcməddin Sadıkov: "Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir" Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Hərbi
26 Noyabr , 2019 18:05
Nəcməddin Sadıkov: Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir

"Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə deyib.

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan general-polkovnik N.Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçnin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi