Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yayıb

Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yayıb Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir.
Hərbi
5 Fevral , 2021 17:24
Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yayıb

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər. Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi