Nazir: "Vətən müharibəsinin təhlili aparılaraq, tədris proqramlarında yeniliklər edilib"

Nazir: "Vətən müharibəsinin təhlili aparılaraq, tədris proqramlarında yeniliklər edilib" Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılmış, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib.
Hərbi
26 İyun , 2022 22:19
Nazir: Vətən müharibəsinin təhlili aparılaraq, tədris proqramlarında yeniliklər edilib

Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılmış, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

"Bundan əlavə, müharibənin təhlilinə həsr olunmuş çoxsaylı tədqiqat işlərinin nəticələri xarici və yerli mətbu orqanlarda nəşr olunub, xüsusi təyinatlı təhsil müəssisələrinin professor–müəllim heyəti tərəfindən bir çox ölkədə keçirilən konfrans və simpoziumlarda İkinci Qarabağ müharibəsinin unikallığının tutarlı faktlarla təsbit olunduğu məruzələr edilib. Eyni zamanda, müharibənin fərqli aspektləri üzrə tədqiqat işlərinin aparılması davam etdirilir və yaxın gələcəkdə konkret məsələlər üzrə dissertasiya işlərinin müdafiəsi planlaşdırılır ki, bu da Azərbaycanda hərb elminin inkişafına öz töhfəsini verəcək", - Zakir Həsənov vurğulayıb.

Nazir qeyd edib ki, elm və təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, hərbi elm və təhsil sisteminin inkişaf etdirilməsi, Azərbaycan Ordusunda ali təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlarla təminatın həyata keçirilməsi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, onlarda praktik fəaliyyətdə elmi yanaşma bacarıqlarının formalaşdırılması, elmi nəticələrin ölkənin müdafiə qüdrətinin yüksəldilməsində və ordu quruculuğunun təkmilləşdirilməsində effektiv tətbiqi, habelə dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin təmin edilməsi məqsədilə hərbi təhsil sisteminin Türkiyə Respublikasının və inkişaf etmiş digər ölkələrin hərbi təhsil sisteminə uyğunlaşdırılması istiqamətində uğurlu iş aparılıb.

Son xəbərlər

Orphus sistemi