Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO

Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.
Hərbi
22 Yanvar , 2019 18:00
Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub. Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək.

General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub. 

Son xəbərlər

Orphus sistemi