Naxçıvanda döyüş atışlı gecə taktiki təlimləri keçirilib

Naxçıvanda döyüş atışlı gecə taktiki təlimləri keçirilib Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir
Hərbi
184
15 İyul , 2015 16:48
Naxçıvanda döyüş atışlı gecə taktiki təlimləri keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrin 2015-ci ilin döyüş hazırlığı planına əsasən, bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi və Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin şəxsi heyəti, zirehli texnikası, aviasiya vasitələri, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının cəlb olunması ilə döyüş atışlı gecə taktiki təlimləri keçirilib.

Son xəbərlər

Orphus sistemi