Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib
Hərbi
26 May , 2021 18:18
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.

Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığı yoxlanılıb.

Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, hərbi hissə komandirləri və müavinləri komandir hazırlığında yüksək nəticə göstəriblər.

Son xəbərlər

Orphus sistemi