Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirilib Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Hərbi
15 Fevral , 2021 20:50
Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərini öyrənmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.

3 günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən, düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi