MN: "Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"

MN: "Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub" Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hərbi
1068
2 Avqust , 2021 10:05
MN: Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi