NATO-nun Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Baş Qərargahının rəisi bu gün Bakıda görüşəcəklər

NATO-nun Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Baş Qərargahının rəisi bu gün Bakıda görüşəcəklər Görüş bu il martın 3-də iki general arasında baş tutan telefon danışığının davamı olacaq
Hərbi
7 Sentyabr , 2017 12:42
NATO-nun Hərbi Komitəsinin rəhbəri ilə Rusiya Baş Qərargahının rəisi bu gün Bakıda görüşəcəklər

Bakı. 7 sentyabr. REPORT.AZ/ NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, NATO-nun Rusiya ilə əlaqələrini dondurmaq qərarı almasından sonra tərəflər arasında ilk görüş olacaq.

"NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiyanın müdafiə nazirinin birinci müavini general Valeri Gerasimov bu gün, sentybarın 7-də Bakıda, Azərbaycanda görüşəcəklər", - NATO-nun kommünikesində deyilir.

Sənəddə bildirilir ki, görüş bu il martın 3-də iki general arasında baş tutan telefon danışığının davamı olacaq.