NATO admiralı: "Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir"

NATO admiralı: "Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir" Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir.
Hərbi
21 Oktyabr , 2019 14:11
NATO admiralı: Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir

"Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir".

"Report" xəbər verir ki, bunu NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turan Azərbaycan Müdafiə Nazirliyinin saytına müsahibəsində deyib.

"Son beş gün ərzində biz Azərbaycanda icra olunan illik “NATO Günləri”ndə iştirak etdik. Qeyd etmək istərdim ki, bu mənim Azərbaycana ilk səfərim idi. Əslində vurğulamaq istərdim ki, ali rütbəli bir türk zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır", - deyə B.Turan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi