İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Hərbi
9 Fevral , 2024 16:33
İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi