“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Hərbi
10 Oktyabr , 2021 12:25
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmətdə tətbiq edəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və ölkəmizi layiqincə qoruyacaqlarına söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Daha sonra məzunların tribuna önündən təntənəli keçidi olub. Sonda xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi