Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib.
Hərbi
17 İyun , 2021 17:52
Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, zavoda rəhbərlik Rasim Gözəlova həvalə olunub.

O, bundan əvvəl nazirliyə məxsus “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC-nin direktoru olub. R.Gözəlovun yerinə isə Maarif Bağırov gətirilib.

Yeni direktor paralel olaraq Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir, yaxın vaxtlara qədər isə nazirliyə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru olub. Hazırda bu zavoda Sübhan Süleymanov rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi