Zakir Həsənov İtaliya istehsalı olan silah və texnikalarla tanış olub

Zakir Həsənov İtaliya istehsalı olan silah və texnikalarla tanış olub Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo"
Hərbi
15 noyabr 2023 10:42
Zakir Həsənov İtaliya istehsalı olan silah və texnikalarla tanış olub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi