Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı" günləri davam etdiriləcək

Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı" günləri davam etdiriləcək General-mayor Rasim Əliyev: "Ordu da cəmiyyətin bir hissəsidir, ona görə də cəmiyyətdən ayrı tutmaq olmaz"
Hərbi
5 Noyabr , 2015 18:42
Müdafiə Nazirliyinin hərbi hissələrində Açıq qapı günləri davam etdiriləcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin hərbi hissələrində təşkil olunan "Açıq qapı" günləri davam etdiriləcək. 

"Report" xəbər verir ki, bunu nazirliyin Mənəvi-Psixoloji Hazır­lıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin­ rəisi general-mayor Rasim Əliyev deyib.

İdarə rəisi xatırladıb ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ayın 25-də hərbi hissələrdə açıq qapı günü elan edilib: "Bu günlər davam etdiriləcək. Ordu da cəmiyyətin bir hissəsidir, ona görə də cəmiyyətdən ayrı tutmaq olmaz. Bu baxımdan biz "Açıq qapı" günlərinin davam etdirilməsini düşünürük. Həmin günlərin vaxtı əvvəlcədən elan olunacaq".

Son xəbərlər

Orphus sistemi