Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib

Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib Bakı. 27 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qoşun növləri və qisimlərində, Nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.
Hərbi
27 Dekabr , 2018 18:55
Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, qoşun növləri və qisimlərində, Nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar.

Sonda müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi