Müdafiə Nazirliyində Ermənistanın sərhəddə törətdiyi təxribatlar təhlil edilib

Müdafiə Nazirliyində Ermənistanın sərhəddə törətdiyi təxribatlar təhlil edilib Noyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Hərbi
20 Noyabr , 2021 11:08
Müdafiə Nazirliyində Ermənistanın sərhəddə törətdiyi təxribatlar təhlil edilib

Noyabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.

Son xəbərlər

Orphus sistemi