Müdafiə Nazirliyi yeni müsabiqəyə start verib - VİDEO

Müdafiə Nazirliyi yeni müsabiqəyə start verib - VİDEO 2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsinin ikinci mərhələsinə start verilib.
Hərbi
19 İyun , 2020 13:22
Müdafiə Nazirliyi yeni müsabiqəyə start verib - VİDEO

2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsinin ikinci mərhələsinə start verilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının öyrədilməsi, onların milli mənəvi dəyərlər və Azərbaycançılıq ideyası ruhunda tərbiyə edilməsi, döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, eləcə də hərbi intizamın daha da möhkəmləndirilməsi və qabaqcıl təcrübənin təbliğindən ibarətdir.

Müsabiqənin qalibləri xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi