Müdafiə Nazirliyi və Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

Müdafiə Nazirliyi və Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib Bakı. 24 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.
Hərbi
24 Fevral , 2018 15:44
Müdafiə Nazirliyi və Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

Bakı. 24 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşlərdə çıxış edənlər milli-mənəvi dəyərlərin qorunmasında dövlət tərəfindən görülən tədbirləri, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd edib, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərini şəxsi heyətin diqqətinə çatdırıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi