​Müdafiə Nazirliyi: Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub

​Müdafiə Nazirliyi: Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub Hadisə ilə bağlı cinayət işi başlanıb
Hərbi
4 Sentyabr , 2015 15:35
​Müdafiə Nazirliyi: Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.