Müdafiə Nazirliyi: Düşmənin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur

Müdafiə Nazirliyi: Düşmənin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur "Qarşı tərəf tələfatın sayı çox olduğundan və bunu gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb"
Hərbi
19 Fevral , 2016 18:36
Müdafiə Nazirliyi: Düşmənin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur

Bakı. 19 fevral. REPORT.AZ/ Erməni hərbi rəhbərliyinin Silahlı Qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

Məlumatda bildirilir ki, bu gün də baş verən insidentdə isə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:

"Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq".

Son xəbərlər

Orphus sistemi