Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb. General-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsin
Hərbi
7 Fevral , 2023 17:41
Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Son xəbərlər

Orphus sistemi