​Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

​Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub Zakir Həsənov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib
Hərbi
19 Mart , 2015 20:21
​Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olunub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub. 

Son xəbərlər

Orphus sistemi