"Report"un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.
Z.Həsənov qeyd edib ki, bacarıqlı gənc mütəxəssislərin orduya qəbulu müasir silah və hərbi maşınların idarə edilməsində imkanları artırır: "Artıq, daha məsuliyyətli döyüş peşələrinin müddətdən artıq hərbi xidmət qulluqçularına həvalə edilməsi bu sahədə müsbət nəticəsini verməkdədir".
Müdafiə naziri qarşıdakı dövrdə orduda hərbi təhqiqat orqanlarının fəaliyyətinə geniş imkanlar yaradılacağını bildirib: "Hərbi hissələrdə nizam-intizam və hərbi qanunvericiliyin tələblərinin qorunması üçün bu strukturda xidmət edən zabitlər də vəzifə borcunu ikiqat məsuliyyətlə yerinə yetirməlidirlər. Şəxsi heyətin hüquqi maarifləndirilməsinin müasir səviyyədə aparılmasına ciddi fikir verilməlidir".