Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb

Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.
Hərbi
132
13 Mart , 2019 21:06
Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb

Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.

Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi