Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb

Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.
Hərbi
17 İyun , 2021 18:37
Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb
Raymonds Berqmanis və Zakir Həsənov

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi