Müdafiə naziri hərbçilərimizin "Tank biatlonu”nda final mübarizəsini izlədi

Müdafiə naziri hərbçilərimizin "Tank biatlonu”nda final mübarizəsini izlədi Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə
Hərbi
5 Sentyabr , 2020 22:36
Müdafiə naziri hərbçilərimizin Tank biatlonu”nda final mübarizəsini izlədi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

 “BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Son xəbərlər

Orphus sistemi