Müdafiə naziri Belarusun Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri ilə görüşüb

Müdafiə naziri Belarusun Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri ilə görüşüb Görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub
Hərbi
20 İyul , 2015 19:25
Müdafiə naziri Belarusun Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri ilə görüşüb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.

“Report” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi