Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat
Hərbi
20 Aprel , 2023 08:48
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib.

Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.

Son xəbərlər

Orphus sistemi