MN: Ermənistanın ordumuzun sərhəddə otlaqları yandırması məlumatı yalandır

MN: Ermənistanın ordumuzun sərhəddə otlaqları yandırması məlumatı yalandır Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır. Bir daha bildiririk k
Hərbi
5 Sentyabr , 2021 15:53
MN: Ermənistanın ordumuzun sərhəddə otlaqları yandırması məlumatı yalandır

Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.

Son xəbərlər

Orphus sistemi