Azərbaycan MN: "Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub"

Azərbaycan MN: "Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub" İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləş
Hərbi
24 İyun , 2022 13:53
Azərbaycan MN: Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi