Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, Müdafiə və Təhsil nazirliklərinin rəsmiləri, millət vəkilləri, UNEC-in rəhbərliyi, şəhid ailələri və müharibə veteranları əvvəlcə ümummilli lider
UNEC-in əsas tədris binasının bayramsayağı bəzədilmiş həyətində, qala divarının qarşısına toplaşan millət vəkilləri, generallar, zabitlər, əsgərlər, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, eləcə də universitetin müəllim və tələbələri ötən il Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda nümayiş olunan, Aprel Zəfərinin qazanılmasında, həmçinin ötən ilin mayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin azad edilməsində, mühüm strateji yüksəkliklərin ələ keçirilməsində, bununla da on bir min hektar ərazinin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin döyüş bayraqlarını alqışlarla qarşılayıblar.
Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa edərək, Vətənimizə, dövlətimizə, bayrağımıza, Ali Baş Komandanımıza sadiqliklərini bir daha bildiriblər.
Azərbaycan Prezidenti cənab
Tədbir iştirakçıları Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, dövlət başçısının daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini və Aprel Zəfərini təzələmək üçün əmr gözlədiklərini alqış və səsləndirdikləri şüarlarla bəyan ediblər.
“Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya tədbir iştirakçılarını bir bayraq altında, bir amal uğrunda Azərbaycan naminə mübarizəyə çağırıb. Respublikanın Xalq artisti Samir Cəfərovun, Əməkdar artistlər Cahangir Qurbanov və Ehtiram Hüseynovun, eləcə də digər sənət ustalarının, əsgər xorunun, Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifa etdikləri hərbi marşlar, vətənpərvərlik mahnıları və döyüş rəqsləri tədbir iştirakçılarında işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə inamını artırıb. “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” nidaları ətrafa yayılıb.
Aparıcılar: Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel Zəfərinin Azərbaycan Ordusunun böyük qələbəsi, xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsi, o cümlədən ulu öndərin Ali Baş Komandanlığı ilə 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən qələbədən uzun illər sonra məhz müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz İlham Əliyevin xalqımıza bəxş etdiyi, müasir hərb tariximizin ən böyük qələbəsi olduğunu vurğulayıblar.
Müdafiə Nazirliyinin İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev belə bir tədbirin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək deyib: “UNEC-in professor-müəllim və tələbə heyəti ordumuza daim mənəvi dayaqdır. Onların tez-tez qruplarla cəbhəyanı bölgələrə səfərləri, şəxsi heyətlə görüşləri, Vətən əsgərlərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün göstərdikləri səylər təqdirəlayiqdir. Bununla yanaşı, ali təhsil ocağında tələbələrlə aparılan vətənpərvərlik işi də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, UNEC-in məzunları ordumuzda öz əsgəri borclarını şərəflə yerinə yetirirlər. Müdafiə Nazirliyinin rəhbərliyi universitetin bu istiqamətdə fəaliyyətini həmişə yüksək qiymətləndirib. Ordu ilə xalqın mənəvi əlaqələrinin daha da genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bu, həm ordunun gücünü artırır, həm də xalqımızın orduya, qələbəyə inamını daha da yüksəldir”.
Hərbi vətənpərvərlik bayramı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə başa çatıb.
















