HDQ komandanı: "Dəniz kuboku"nun bütün təşkilati işləri artıq başa çatıb”

HDQ komandanı: "Dəniz kuboku"nun bütün təşkilati işləri artıq başa çatıb” “Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” çərçivəsində növbəti dəfə Bakıda "Dəniz kuboku" keçiriləcək. Bütün təşkilatı işlər artıq başa çatıb”.
Hərbi
12 Avqust , 2022 09:48
HDQ komandanı: Dəniz kubokunun bütün təşkilati işləri artıq başa çatıb”

“Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsi keçiriləcək. Yarışın bütün təşkilatı işləri artıq başa çatıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Dəniz kuboku” yarışından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kubokun açılışı avqustun 15-də olacaq.

S.Bəkirovun sözlərinə görə, yarışda 4 komanda - Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edəcək: “Yarışlar 3 mərhələ və 6 epizoddan ibarətdir. Təcrübəmiz və praktikamız imkan verir ki, bu yarışları yüksək səviyyədə təşkil edək. Bunun üçün bütün infrastrukturumuz var.

Hesab edirəm ki, komandaların yarışması üçün yüksək səviyyədə hər cür şərait mövcuddur. Komandalara uğurlar arzulayıram. İnanıram ki, hər bir komanda öz bacarığını yüksək səviyyədə göstərəcək və yüksək uğurlara imza atacaqlar”.

Son xəbərlər

Orphus sistemi