İstismar müddəti başa çatmış döyüş sursatları utilizasiya olunacaq

İstismar müddəti başa çatmış döyüş sursatları utilizasiya olunacaq Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Hərbi
28 İyun , 2022 11:39
İstismar müddəti başa çatmış döyüş sursatları utilizasiya olunacaq

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarını təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiya edəcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi