Hulusi Akar: “Müxtəlif faktorlara görə həssas dövrdən keçirik”

Hulusi Akar: “Müxtəlif faktorlara görə həssas dövrdən keçirik” Milli Müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün NATO-nun mənzil-qərargahına gəlib
Hərbi
16 Fevral , 2022 15:44
Hulusi Akar: “Müxtəlif faktorlara görə həssas dövrdən keçirik”
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Şurası toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Alyansın mənzil-qərargahına baş çəkib.

Türkiyənin NATO yanında daimi nümayəndəsi, səfir Basat Öztürk və digər rəsmi şəxslər tərəfindən qarşılanan H.Akar ölkəsinin NATO yanında Daimi Nümayəndəliyi və Türkiyə Hərbi Nümayəndəliyini ziyarət edib.

Şəxsi heyətlə görüşən və görülən işlər barədə məlumat alan nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə beynəlxalq subyektə çevrilən Türkiyənin çox mühüm işlər gördüyünü, ciddi uğurlar qazandığını bildirib.

Milli müdafiə naziri müxtəlif faktorlara görə həssas dövrdən keçildiyini vurğulayıb:

“85 milyonluq Türkiyənin sizdən böyük gözləntiləri var. Bu il Türkiyənin NATO-ya üzv olmasının 70-ci ildönümüdür. NATO-nun dəyərləri və məsuliyyətini paylaşan Türkiyə 1952-ci ildən bu yana ona verilən bütün vəzifə və missiyaları uğurla yerinə yetirir”.

NATO müdafiə nazirlərinin toplantısına qatılmadan öncə NATO Baş Qərargahında şəxsi heyətlə görüş keçirən H.Akarın gün ərzində bəzi ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşləri də planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi